Küləklə bağlı sarı xəbərdarlıq edilib

Xəbərlər

23.04.2025 - 22:01

Həkimlər Klinikalar SEO Xidməti

Aprelin 24-25-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

AYNA.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd olunub ki, Naxçıvan MR, Kəlbəcər, Laçın, Zəngilan, İsmayıllı, Şamaxı, Qobustan, Şirvan, Gəncə, Göygöl, Goranboy, Naftalan, Daşkəsən, Gədəbəy, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qusar, Mingəçevir, Qəbələ, Yevlax, Bərdə, Salyan, Neftçala, Hacıqabul, Qax, Şəki, Oğuz, Balakən, Zaqatala, Lerik və Yardımlıda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş