Bakının Yasamal rayonu ərazisində bir nəfər polisə müraciət edərək bank kartından 5000 manatının oğurlanmasını bildirib.
Daxili İşlər Nazirliyindən AYNA.AZ-a verilən xəbərə görə, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 25 yaşlı M.Vəliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.