Mask DOGE-də iş saatını azaldır: həftədə 1-2 gün işləyəcək

Dünya

23.04.2025 - 14:12

Həkimlər Klinikalar SEO Xidməti

İş adamı Trampın prezidentliyinin sonuna qədər DOGE komandası ilə işləməyə davam edəcək

Amerikalı iş adamı İlon Mask gələn aydan etibarən ABŞ Hökumətinin Səmərəliliyi Departamentində (DOGE) iş vaxtını azaldacaq. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə milyarderin özü deyib.

"Gələn aydan başlayaraq DOGE üçün ayrılan vaxt əhəmiyyətli dərəcədə azalacaq", Mask “Tesla” investorları ilə konfransda bildirib.

İş adamı Donald Trampın prezidentliyinin sonuna qədər DOGE komandası ilə işləməyə davam edəcəyini bildirib.

O, həftənin bir və ya iki gününü hökumət məsələlərinə həsr etmək niyyətində olduğunu bildirib.

Qeyd olunur ki, Mask bu açıqlamasını “Tesla”nın rüblük mənfəətinin 71% azaldığı xəbərləri fonunda verib.

Elektrikli avtomobil şirkəti bu ilin ilk üç ayında gəlirinin 9% azaldığını bildirib. Şirkət öz mənfəətinin keçən ilin birinci rübündəki 1,4 milyard dollardan 409 milyon dollar olduğunu açıqlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş