İranın vəziyyəti daha da ağırlaşır

Siyasət

24.09.2019 - 20:33

Tehran ümid edirdi ki, Avropa İranı Amerikanın təzyiqlərindən qoruyacaq

 

İran Avropadakı dəstəyindən məhrum oldu. ABŞ İranla nüvə anlaşmasından çıxdığını bəyan etdikdə, Fransa və Almaniya Vaşinqtonun bu qərarını tənqid etdi və Tehranı sakitləşdirməyə çalışdı. Tehran ümid edirdi ki, Avropa İranı Amerikanın təzyiqlərindən qoruyacaq. Ancaq bu, Avropanın gücü və istəyi xaricində idi.

 

Bunu görən Tehran Avropanı “uranın zənginləşdirilməsini artıra bilərik” yanaşması ilə şantaj etməyə başladı. Avropa aylar keçdikcə Tehranın bu yanaşmasından yoruldu.

 

Əvvəlcə Böyük Britaniyanın Baş Naziri Boris Conson “nüvə anlaşmasının şərtləri dəyişdirilməlidir” deyərək ABŞ Prezidenti Donald Trampa dəstək verdi, ardınca Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Angella Merkel BMT Baş Assambleyasında Boris Consonla bir araya gələrək Səudiyyə Ərəbistanına edilən hücuma görə İranı qınayan bəyanat yaydı. Bununla da İranın durumu daha da ağırlaşdı.

Müəllif: Elxan Şahinoğlu, politoloq