Marqanesə avtobusa PUA hücumu: 9 nəfər həlak olub

Dünya

23.04.2025 - 12:16

Həkimlər Klinikalar SEO Xidməti

PUA ilə müəssisə əməkdaşlarının olduğu avtobusa hücum edilib.

Ukraynanın Marqanes şəhəri pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. AYNA.AZ Ukrayna mediasına istinadən bildirir ki, Dnepropetrovsk vilayətinin başçısı Sergey Lısakının “Telegram” kanalına yazdığına görə,  çoxlu sayda insan həlak olub və yaralanıb.

“Rusiya ordusu Marqanesə kamikadze pilotsuz uçan aparatla hücum edib. İlkin məlumata görə, 9 nəfər ölüb. Daha 30 nəfər yaralanıb”, - deyə qeyd edib.

Bildirilib ki, PUA ilə bir müəssisənin əməkdaşlarının olduğu avtobusa hücum edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş