İstanbulda 6.2 bal gücündə zəlzələ olub

Dünya

23.04.2025 - 14:42

Həkimlər Klinikalar SEO Xidməti

Zəlzələnin episentri Silivriyə 25.54 kilometr məsafədə yerləşib

Türkiyənin İstanbul şəhərində zəlzələ baş verib. AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, yeraltı təkanlar 6.2 bal gücündə olub.

Hadisə ilə bağlı ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatında qeyd edilib ki, zəlzələnin episentri Silivriyə 25.54 kilometr məsafədə yerləşib.

Zəlzələ Silivri, Beylikdüzü və Esenyurtda hiss edilib.

Qeyd edək ki, bundan əvvəl 4 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ ilə əlaqədar İstanbul sakinləri sosial media hesablarında paylaşımlar edərək narahatlıqlarını ifadə ediblər.

AFAD İstanbulda sakinləri riskli binalardan uzaq durmağa çağırıb.

İstanbul Böyük Şəhər Bələdiyyəsindən isə bildirilib ki, indiyədək hər hansı ciddi hadisə qeydə alınmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş