Cukanoviç Milatoviçə dövlət başçısının fəaliyyətində uğurlar arzulayıb
Monteneqronun hazırkı Prezidenti, Sosialistlərin Demokratik Partiyasının lideri Milo Cukanoviç prezident seçkilərində məğlub olduğunu etiraf edib. AYNA xəbər verir ki, bu barədə RTCG məlumat yayıb.
Siyasətçi rəqibi, “Avropa İndi” Hərəkatından namizəd Yakov Milatoviçi qələbə münasibətilə təbrik edib. O, vətəndaşların etdiyi seçimə hörmətlə yanaşdığını bildirib.
Cukanoviç Milatoviçə dövlət başçısının fəaliyyətində uğurlar arzulayıb.
"Əgər o, uğurlu Prezident olarsa, Monteneqro da uğur qazanacaq", deyə siyasətçi vurğulayıb.
Cukanoviç həmçinin seçicilərə verdikləri dəstəyə görə təşəkkür edib.
Monteneqronun Monitorinq Mərkəzinin məlumatına görə, seçkilərin ikinci turunda bülletenlərin 98 faizi hesablandıqdan sonra Monteneqronun hazırkı Prezidenti 40 faiz, Milatoviç 60 faiz səs toplayıb.