"Monako" futbol klubunun yeni baş məşqçisi təyin edilib

İdman

04.01.2022 - 03:45

47 yaşlı belçikalı mütəxəssislə müqavilə 3 mövsümlük imzalanıb

Belçikanın "Brügge" klubuna rəhbərlik edən Filip Kleman “Monako” futbol klubunun baş məşqçisi təyin edilib.

AYNA-nın məlumatına görə, bu barədə "Monako"nun mətbuat xidməti bildirib.

Məlumata əsasən, 47 yaşlı belçikalı mütəxəssislə müqavilə 3 mövsümlük imzalanıb. F.Kleman yanvarın 1-də istefaya göndərilən Niko Kovaçı əvəzləyib.

F.Kleman 2019-cu ildən "Brügge"yə rəhbərlik edib və klub ilə iki dəfə çempionluğu qazanıb.

Müəllif: Ayna.az