İspaniya çempionu bəlli oldu

İdman

22.05.2021 - 23:32

“Atletiko” 11-ci dəfə birinciliyi qazanıb

 

Madridin “Atletiko” klub tarixində 11-ci dəfə İspaniya çempionu olub.  AYNA xəbər verir ki, La Liqanın sonuncu – 38-ci turunda keçirilən oyunlar həm çempionluğun, həm də digər mükafatçıların taleyinə aydınlıq gətirib.

 

Səfərdə “Valyadolid”ə 2:1 hesabı ilə qalib gələn “Atletiko” xalını 86-ya yüksəldib.

 

Paytaxtın digər təmsilçisi “Real Madrid”i isə evdə “Vilyarreal”la 1:1 hesablı heç-heçə edərək, liderdən 4 xal geri düşüb və gümüş medal qazanıb.

 

Bürünc medalı isə son oyunda səfərdə “Elçe”ni 1:0 hesabı ilə məğlub edən “Barselona” 79 xalla əldə edib.

 

Qeyd edək ki, “Atletiko” sonuncu dəfə 2013/2014 mövsümündə İspaniya çempionluğunu qazanmışdı.

Müəllif: Ayna.az