İtaliya klubunun futbolçusu dünyasını dəyişib

İdman

12.05.2020 - 03:56

Həkimlər Klinikalar SEO Xidməti

Futbolçu ağır xəstəlikdən vəfat edib

 

İtaliyanın “Atalanta” klubunun futbolçusu Andrea Rinaldi vəfat edib.

 

AYNA xəbər verir ki, bu barədə Berqamo təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

Mayın 8-dən xəstəxanada olan 19 yaşlı futbolçu bu gün dünyasını dəyişib.

 

Həkimlər, Rinaldiyə beyin anevrizması diaqnozu qoymuşdu.

Müəllif: Ayna.az