Moldovanın dövlət dili rumın dilinə dəyişdirilib

Dünya

23.03.2023 - 07:14

Maya Sandu Moldova Parlamentinin qərarını təsdiqləyib

Moldovada dövlət dili rumın dilinə dəyişdirilib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Moldova Prezidenti Maya Sandu sosial şəbəkə hesabında paylaşım edib.

"Bu gün mən tarixi və təkzibedilməz həqiqəti təsdiq edən qanunu qəbul etdim: Moldovanın dövlət dili rumın dilidir. Mən istəyirəm ki, rumın dili bizim burada yaşayan və bu torpağı sevən hamımızı birləşdirsin", - deyə Prezident paylaşımında bildirib.

Qeyd edək ki, bir müddət öncə Moldova Parlamentində dövlətin dilinin dəyişdirilərək rumın dili adlandırılması qəbul edilib. Prezident sözügedən qərarı təsdiqləyib.

Müəllif: Ayna.az