Müxalifətin lideri Tauber etirazlarda qəbul edilmiş qətnamənin mətnini Nazirlər Kabinetinə təqdim edib
Moldovada müxalifətdə olan “Şor” Partiyasının sədr müavini Marina Tauber etiraz aksiyaları zamanı qəbul edilmiş qətnamənin mətnini Nazirlər Kabinetinə təqdim edib. AYNA bu barədə xarici mediaya istinadən bildirir.
Polis siyasətçi və bir qrup deputatı Nazirlər Kabinetinə buraxıb.
Etirazçıların bəyanatında hakimiyyət orqanlarından tələb edilib ki, vətəndaşların hər üç qış ayı üçün qaz, işıq və istilik haqqı silinsin. Nümayişçilər bu çağırışın 24 saat ərzində yerinə yetirilməsini tələb edirlər.
Həmçinin “Şor” Partiyası Moldova Prezidenti Maya Sandunu, Moldova Parlamentin spikeri İqor Qrosu və Baş nazir Dorin Reçeni militarist ritorikadan əl çəkməyə çağırıb.
Etirazçılar hakim elitanın ölkənin rəsmi dilinin Moldova dilindən rumın dilinə dəyişdirilməsi qərarını da tənqid ediblər. Trauber vurğulayıb ki, rəsmi Kişinyov vətəndaşların ifadə azadlığı hüququna hörmət etmir və demokratik normaları pozur.
Qeyd edək ki, bu gün Kişinyovda Moldova müxalifəti aksiyalar keçirib. Aksiyalar zamanı polislə etirazçılar arasında toqquşma olub. 54 müxalifətçinin şübhəli davranışa görə saxlanıldığı bildirilir.