“Minsk Qərbin sanksiyalarına öyrəşib”

Dünya

27.12.2021 - 08:16

Həkimlər Klinikalar SEO Xidməti

Natalia Eysmont: “Ölkə Prezidenti Aleksandr Lukaşenko hər zaman barmağını nəbzində saxlayır”

“Minsk Qərbin sanksiyalarına öyrəşib”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Belarus Prezidentinin mətbuat katibi Natalya Eysmont deyib.

Bununla belə, Eysmont vurğulayıb ki, ölkəyə qarşı basqılara daim reaksiya vermək lazımdır: “Qaçaq opponentlərimiz öz xalqına müharibə elan ediblərsə, cavab üçün daim yaxşı vəziyyətdə olmalısınız. Ölkə Prezidenti Aleksandr Lukaşenko hər zaman barmağını nəbzində saxlayır”.

Belarus liderinin mətbuat katibi əlavə edib ki, bu il nə ölkə üçün, nə də dövlət başçısı üçün asan olub: “Problemlər digər məsələlərlə yanaşı, koronavirus pandemiyası ilə də bağlıdır. 2021-ci ildə həm də siyasi sistemin modernləşdirilməsi üçün çox böyük, çox əziyyətli iş ili oldu”.

Qeyd edək ki, dekabrın 2-də Avropa İttifaqı Polşa-Belarus sərhədində miqrantlarla bağlı yaranmış gərgin vəziyyətə görə Belarusa qarşı beşinci sanksiyalar paketini qəbul edib. “Qara siyahı”ya “Belavia”, “Qrodno Azot” və “Belarusneft” daxil olmaqla 25-dən çox fiziki və hüquqi şəxs daxil edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş