Miller: “ABŞ Azərbaycan-Ermənistan arasında dialoqu alqışlayır”

Aktual

09.04.2024 - 09:56

“Biz bu dialoqu asanlaşdırmaq üçün istənilən rolu oynamaqdan məmnunuq və oynamağa davam edəcəyik”

“Vaşinqton Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üçün dialoqu alqışladığını açıq şəkildə bəyan edib”. AYNA xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə deyib.

Miller vurğulayıb ki, məsələnin həlli danışıqlardan keçir: “Mən qarşıdan gələn danışıqlar barədə danışmaq istəmirəm. Biz dialoqu alqışladığımızı açıq şəkildə bildirdik. Biz bu dialoqu asanlaşdırmaq üçün istənilən rolu oynamaqdan məmnunuq və oynamağa davam edəcəyik. Mən əvvəlcədən hər hansı konkret görüşlər barədə danışmaq istəmirəm”.

 Xatırladaq ki, aprelin 8-də Ermənistan Azərbaycan tərəfinin sülh müqaviləsi layihəsi ilə bağlı son təkliflərinə cavab verib. Söhbət sənəd layihəsi üzrə təkliflərin səkkizinci variantından gedir.

Müəllif: Ayna.az