“Gəncəyə raket atəşi bizə əlavə siyasi bəhanə vermiş oldu” - <font color=red> DEPUTAT</font>

Aktual

04.10.2020 - 16:15

Erkin Qədirli: “Ermənistan Rusiya ilə kollektiv təhlükəsizlik anlaşmasını pozub, Rusiya üçün əlavə təhlükə yaradıb”

 

“Gəncəyə raket atmaqla Ermənistan bir daha cinayətkar dövlət olduğunu göstərdi. Legitim hərbi hədəf olmayan, heç bir hərbi zərurət doğurmayan, vurulması hansısa hərbi üstünlük qazandırmayan, üstəlik, beynəlxalq hüquqla qorunan hədəfləri, mülki əhalini, tarixi abidələri və s. qəsdən vurmaq beynəlxalq cinayətdir”.

 

AYNA-nın xəbərinə görə, bu sözləri Respublikaçı Alternativ Partiyanın (ReAl) Siyasi Komitəsinin üzvü, deputat Erkin Qədirli düşmənin Gəncə şəhərinə raket zərbələri endirməsi məsələsini şərh edərkən deyib.

 

Millət vəkili qeyd edib ki, həm hərbi məntiqə, həm beynəlxalq hüquqa, həm da işğal faktının özünə görə, bizim, Ermənistan ərazisində hərbi hədəfləri vurmaq, orada hərbi əməliyyat aparmaq haqqımız var: “Bu haqq təcavüzə məruz qaldığımız ilk gündən var. Gəncəyə raket atəşi bizə əlavə siyasi bəhanə vermiş olur”.

Erkin Qədirli Baş Prokurorluqda dindirildi - Günün Səsi

“Biz Ermənistandakı hərbi hədəfləri vursaq, Rusiya Ermənistanın müdafiəsinə gələrmi? Beynəlxaq hüquqa görə, Rusiyanın belə bir halda qarışması üçün heç bir əsası yoxdur. Kollektiv təhlükəsizlik haqqında anlaşmalar yalnız xaricdən qaynaqlanan təhlükələrə qarşı müdafiə üçündür. Təhlükə dövlətin özündən qaynaqlanırsa, başqaları onun müdafiəsinə gəlməyə borclu deyillər. Məsələn, ABŞ-ın Tayvanla anlaşması var. Həmin anlaşmaya görə ABŞ Tayvanı Çindən qorumalıdır. Bununla belə, Tayvan özü Çini təhrik edərsə, ABŞ-ın Tayvanın yardımına gəlmək borcu olmayacaq. Ermənistan konteksti də elədir”, - deyə deputat vurğulayıb.

 

E.Qədirli hesab edir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü Azərbaycanın özünümüdafiə haqqını aktuallaşdırır: “BMT Nizamnaməsinin 51-ci maddəsinə görə, təcavüzə məruz qalmış dövlət müdafiəsini yalnız öz ərazisində qurmağa borclu deyil. Bu halda Rusiyanın Ermənistanı qorumaq öhdəliyi yaranmır, çünki Ermənistan özü özünə qarşı belə bir təhlükəni yaradıb. Bununla da, Rusiya ilə kollektiv təhlükəsizlik anlaşmasını pozub, Rusiya üçün əlavə təhlükə yaradıb”.

Müəllif: Ayna.az