ABŞ Dövlət katibi Ermənistan və Azərbaycana çağırış edib

Aktual

29.09.2020 - 15:21

Pompeo: “Mümkün qədər tez substantiv danışıqlara qayıtmalıdırlar”

 

ABŞ Dövlət katibi Mayk Pompeo Dağlıq Qarabağ cəbhəsində baş verənlərə döyüşlərə münasibət bildirib. AYNA xarici mediaya istinadən bildirir ki, M.Pompeo hər iki tərəfin şiddətə son verməli olduğunu söyləyib.

 

Pompeo vurğulayıb: “Dağlıq Qarabağda hər iki tərəf şiddətə son verməli, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə işləməli və mümkün qədər tez substantiv danışıqlara qayıtmalıdır”.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə