Koronavirusa ən çox yoluxma Bakıdadır - <font color=red> RƏSMİ</font>

Aktual

21.08.2020 - 17:18

Həkimlər Klinikalar SEO Xidməti

Yaqut Qarayeva: “Yumşaltmalara gedəndə bəlli artmalar gözləniləndir”

 

“Mərhələli şəkildə yumşalmaya getməyimiz davam edir. Müşahidə edirsiniz ki, yumşaltmalara gedəndə bəlli artmalar gözləniləndir”. AYNA bildirir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

 

O bildirib ki, bu, heç də o demək deyil ki, qaydalara riayət etməməliyik: “Hər bir vətəndaş qaydalara əməl etməlidir”.

 

Y.Qarayeva qeyd edib ki, koronavirusa yoluxmaların 50 faizindən çoxu Bakı və Abşeron yarımadasının payına düşür.

 

Yaş həddinə gəldikdə, ən çox yoluxmalar 50-59 yaş qrupundadır. Onun sözlərinə görə, 10-16 avqust tarixlərində yoluxmaların sayı 651 nəfər olub.

Müəllif: Ayna.az