Goranboyun kəndi düşmən atəşi altındadır - <font color=red> VİDEO</font>

Aktual

29.09.2020 - 17:46

Kənd camaatı ordumuza dəstək olduqlarını deyirlər

 

Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə düşmənin silahlı qüvvələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

 

AYNA xəbər verir ki, atəşə məruz qalan ərazilərdən biri də Goranboy rayonunun Zeyvə kəndidir. “Baku TV” bu kənddə olaraq, vəziyyətlə bağlı reportaj hazırlayıb. Videoreportajı təqdim edirik: 

Müəllif: Ayna.az