Hansı COVID-19 xəstələrinin vəziyyəti kritikləşir? – Həkimdən <font color=red> CAVAB</font>

Aktual

21.08.2020 - 17:40

Emin Qasımov: “Kritikləşmə səbəbi kəskin tənəfüs çatışmazlığı ilə bağlıdır”

 

“COVID-19-un 8-ci ayındayıq. Dünyada kritikləşmə 5-6 faiz, bəzi inkişaf etmiş ölkələrdə hətta 10 fazidir”. AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Tibb Universitetinin Reanimasiya və intensiv terapiya şöbəsinin həkimi Emin Qasımov deyib.

 

O, bunu müxtəlif səbəblərlə izah edib: "Ümumiyytələ bizdə kritik xəstələrin çoxu may ayından sonra oldu. Bütün dünyada olduğu kimi, bizdə də COVID-19-un kritikləşmə səbəbi kəskin tənəfüs çatışmazlığı ilə bağlıdır. Bununla yanaşı, çəkisi çox olan, yüksək təzyiq, şəkərli diabet, ürək problemi olanlar, yaşı çox olan xəstələrdə ölüm halları daha çox qeydə alınıb”. 

Müəllif: Ayna.az