Türkiyə Müdafiə Nazirliyindən Ermənistana <font color=red> XƏBƏRDARLIQ</font>

Aktual

04.10.2020 - 22:29

“Xaricdən gətirdiyi muzdlu hərbçiləri, terrorçuları geri göndərməlidir”

 

 “Ermənistan dərhal hücumlarını dayandırmalı, xaricdən gətirdiyi muzdlu hərbçiləri, terrorçuları geri göndərməlidir”. AYNA xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyindən Ermənistana ünvanlanan xəbərdarlıqda belə deyilir.

 

“Bu gün səhər saatlarında Ermənistan Gəncədə mülki əhaliyə hücum etməklə beynəlxalq hüququ açıq-aşkar pozub. Ermənistanın bu hücumlarını qətiyyətlə pisləyirik. Uşaq, qadın, yaşlı demədən Xocalı qətliamını törədən Ermənistan  30 il öncə necədirsə, bu gün də elədir. Ermənistan regionda sülh və sabitliyin bərqərar olunmasına əngəldir”.  Açıqlamada qeyd olunub ki, Ermənistanın Azərbaycanda Türkiyəyə məxsus havadan müdafiə (İHA) vasitələri və pilotsuz havadan müdafiə vasitələrindən (SİHA) istifadə olunmasına dair iddiaları həqiqətə uyğun deyil”, - deyə Milli Müdafiə Nazirliyinin bəyanatında vurğulanıb.

Müəllif: Ayna.az