Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı azalıb

Aktual

05.10.2020 - 15:45

Daha 91 nəfər sağalıb, 97 yoluxma faktı qeydə alınıb

 

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 91 nəfər sağalıb, 97 yeni yoluxma faktı qeydə alınıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

 

Hazırkı dövrədək ölkəmizdə 40 min 788 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 38 min 587 nəfər müalicə olunaraq sağalıb, 598 nəfər vəfat edib. Aktiv xəstə sayı 1603 nəfərdir.

 

Ötən müddət ərzində 1 milyon 140 min 194 test aparılıb. Bugünkü test sayı isə 3073-dur.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə