Qanlı 20 Yanvarın ekranda saxta “həlli”

Aktual

18.08.2020 - 12:41

Mədəniyyət Nazirliyi və KASPAR 20 Yanvarda görəvi, gəmini qoyub qaçanlardan niyə qəhrəman düzəldir?

 

“Müstəqil Azərbaycanın tarixinə şanlı qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar olayları ilə bağlı bəzi həqiqətlər 30 il sonra ortaya çıxır. Yanvarın 19-dan 20-sinə keçən gecə Bakı buxtasında toplaşaraq işğalçı Rusiya İmperiyasının dənizdən paytaxta girişinin qarşısını almış, dinc əhaliyə divan tutan Qırmızı Ordunun cinayətləri ilə bağlı dünyaya SOS siqnalı göndərmiş gəmi kapitanlarının ölüm saçan Kremlin qarşısına çıxıb necə böyük qəhrəmanlıq göstərdikləri mediadya indi-indi çıxmağa başlayır”. AYNA xəbər verir ki, bu sözləri tanınmış jurnalist Aygün Muradxanlı deyir.

 

Jurnalist davam edərək bildirir ki, ortada mübahisəli məqamlar var: “Olayların gedişindən söz açan əsas şahidlərin adları və şəxsiyyətləri ətrafında mübahisələr böyüyür. Bu gün xarici ölkələrdə çalışan, 20 Yanvar hadisələrinin birbaşa iştirakçısı olmuş gəmi kapitanları etiraz səsləri getdikcə daha aydın eşidilməyə başlayıb. Səbəb tarixi gerçəkləri media üzərindən topluma çatdırmaq üçün əsla düzgün qəhrəmanlar seçilməməsi, üstəlik dövlət sifarişi ilə bu yalançı qəhrəmanlar üzərindən ssenari yazıb film çəkilişinə hazırlıq görülməsidir”.

Daha bir xanım jurnalist deputat olmaq istəyir – Turkustan.info

“LAF TV-nin 14 avqust efirində mövzu ətrafında gedən qızğın mübahisə təhriflərin çox ciddi boyutda olduğunu göstərdi. Kapitan Yaşar Cabbarov 20 Yanvar olaylarında xidmətləri olmuş Mövlud kapitanın, mərhum Əbülfəz kapitanın, Hidayət kapitanın adından televiziyalarda özlərini əsas qəhrəmanlar kimi təqdim edənlərə etirazını bildirdi, Ləman Ələşrəfqızının “Bir cift laf” layihəsində hadisələr haqqında kitab yazmış Faiq Balabəyli ilə Yaşar Cabbarov arasında əsl söz savaşı yaşandı. Yaşar Cabbarovun təqdim etdiyi səs yazılarında adları çəkilən kapitanlar 20 Yanvarda yaxasanı kənara çəkmiş, gəmilərini qoyub qaçmış, amma indi döşlərinə döyən bəzi “qəhrəmanların” hərəkətlərinə üsyan etdilər, həmin gün görəvi və gəmini qoyub qaçanlar yalançı qəhrəmanların bu gün gerçək qəhrəmanlar kimi təqdim edilməsini, tarixin saxtalaşdırılması ilə yanaşı şəhidlərin və dünyadan gedən şahidlərin ruhuna sayğısızlıq kimi qiymətləndirdilər. Anlaşılan budur ki, çözüm yolu yalnız DTX arxivlərində qorunan sənədlərdəki həqiqətlərin üzə çıxmasına bağlıdır”, - deyə Muradxanlı söyləyib.

30 illik qürur tarixi: Azərbaycan xalqı 20 Yanvar şəhidlərini yad edir -  modern.az

Jurnalist hesab edir ki, 30 il sonra kimin düz, kimin yalan danışdığı sənədlərlə təsdiq olunmasa, hər il yanvarın 20-də kapitanlar arasında narazılıq yaşanacaq, xalq öz tarixi ilə bağlı nəyin doğru, nəyin yanlış olduğunu anlamayacaq, ən dəhşətlisi isə - millət yolunda böyük qəhrəmanlıq göstərmiş, nəhəng imperiyaya meydan oxuduğu üçün keçmiş SSRİ-nin güc strukturları tərəfindən cəzalanan, həbslərdə yatan, böyük məhrumiyyətlərə qatlaşan insanların haqqı tapdanacaq: “LAF TV-dəki söhbətdə o da bəlli oldu ki, 20 Yanvarda azərbaycanlı kapitanların qəhrəmanlığı haqqında bədii film üzərinə iş davam edir. Bədii film gələcəyə ötürülən mirasdır. O səbəbdən xronologiyasının tam dəqiqliklə bərpası vacibdir. Bu iş çətin də sayılmaz – onlarla canlı şahid yaşayır. Onların fikrini alaraq fimdə olayların gedişini tarixdə baş verənlər kimi yaratmaq niyə mümkünsüz olsun ki? Azərbaycan gerçəklərinin dünyada təbliği üçün əsas silah kimi çıxış edə biləcəyi halda, böyük zəhmət və məsrəflər bahasına başa gələcək bədii layihə kimlərinsə qəhrəman olmaq istəyinin badına niyə getsin? Odur ki, olayların ictimailəşdirilməsinə ehtiyac var. Bədii filmin sifarişçisi və sponsoru olan təşkilatlar – Mədəniyyət Nazirliyi, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi senaridəki faktları həqiqətə tam uyğunlaşdırılmalı, kimsənin şəxsi maraqlarını nəzərə almadan, mübahisəli məqamları aradan qaldıraraq, yalnız sənədlərdə əksini tapmış faktlara söykənərək Azərbaycana və dünyaya tarixi həqiqəti çatdırmalıdırlar. “Film çəkdik” adı ilə dövlət vəsaitini havaya uçurmaq hansı günümüzə yaraşır?”.

Müəllif: Ayna.az