Vüqar Bayramov: “Yeni stadartlar tətbiq etməklə iqtisadi açılımın davam etdirilməsi məqsədəuyğun olardı”
“Gürcüstanda koronavirusa yoluxanların sayı artmaqdadır. Bu gün qonşu ölkədə 196 yeni yoluxma faktı qeydə alınıb. Qonşu dövlətlərdə koronavirusa yoluxma sayının artmasına baxmayaraq Azərbaycan üçün sərt karantin qaydalarının yenidən tətbiqi arzuolunan deyil”.
AYNA xəbər verir ki, bunu millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Deputat qeyd edib ki, artıq ölkəmizdə iqtisadiyyatda mərhələli açılım həyata keçirilir və qısa zamanda bunun aktivliyə təsirləri də müşahidə olunur: “Xüsusən də regionlarda turizm sektorunda xüsusi canlanma müşahidə edilməkdədir. Bu baxımdan növbəti mərhələdə də yeni stadartlar tətbiq etməklə iqtisadi açılımın davam etdirilməsi məqsədəuyğun olardı”.
“Pandemiyanın nə zaman başa çatacağı ilə bağlı proqnozlar nikbin olmadığı üçün iqtisadiyyatın yeni şərtlərə uyğunlaşdırılması daha arzuolunadır. Bu kontekstdən işləməsinə hələlik icazə verilməyən sahibkarlq fəaliyyətlərinin də bərpası üçün yeni standartların hazırlanması və tətbiqi vacibdir”, - deyə Bayramov vurğulayıb.