General: “Hərbçilərimizin döyüş əzmi qələbəmizi təmin edəcək”

Aktual

02.10.2020 - 12:13

Hikmət Həsənov: “Amalımız son damla qanımızadək  vuruşmaq və düşməni darmadağın etməkdir”

 

Hərbi birliyin komandiri general-mayor Hikmət Həsənov döyüşlərlə bağlı açıqlama verib. AYNA xəbər verir ki, açıqlama Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytında dərc edilib.

 

“Hərbi birliyin şəxsi heyətinin amalı qələbəni təmin etmək naminə son damla qanımızadək  vuruşmaq və düşməni darmadağın etməkdir.

Bunun üçün əsgərlərimizin döyüş ruhu və qələbə əzmi kifayət qədər yüksəkdir”, - deyə general-mayor qeyd edib.

Müəllif: Ayna.az