Qarabağla bağlı Rusiya ilə Türkiyə arasında müqavilə imzalanıb

Aktual

11.11.2020 - 15:48

Həkimlər Klinikalar SEO Xidməti

Ərdoğan: “Türkiyə bölgədə yaradılacaq sülhməramlı missiyada Rusiya ilə birlikdə rol alacaq

 

Rusiya ilə Türkiyə arasında Qarabağda atəşkəsə nəzarətə dair müqavilə imzalanıb. AYNA-nın xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Türkiyə lideri qeyd edib ki, bu gün səhər saatlarında imzalanan müqavilədə atəşkəsə nəzarət üçün Türkiyə-Rusiya Mərkəzinin yaradılmasının detalları müəyyənləşib.

 

“Türkiyə atəşkəs razılaşmasının həyata keçirilməsini müşahidə etmək və prosesə nəzarət etmək üçün bölgədə yaradılacaq sülhməramlı missiyada Rusiya ilə birlikdə rol alacaq. Mərkəz Azərbaycanın işğaldan azad edilən ərazilərində qurulacaq. Dağlıq Qarabağda atəşkəsin pozulmasının qarşısının alınması üçün bütün tədbirləri mərkəz görəcək”, - deyə Ərdoğan qeyd edib.

Müəllif: Ayna.az