Rusiyanın müdafiə nazirindən Qarabağ <font color=red> AÇIQLAMASI</font>

Aktual

04.12.2020 - 15:43

Sergey Şoyqu: “Sülhməramlı kontingentin münaqişə zonasına gətirilməsi bölgədəki vəziyyəti normallaşdırmağa imkan verdi”

 

“Rusiya sülhməramlıları Qarabağda sülhü qorumaq üçün əllərindən gələni edirlər. Hərbçilərimizin səyləri nəticəsində 30 mindən çox erməni Xankəndinə qayıdıb”. AYNA “RİA Novosti”yə istinadən bildirir ki, bu sözləri Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.

 

Nazir qeyd edib ki, sülhməramlı kontingentin münaqişə zonasına gətirilməsi bölgədəki vəziyyəti normallaşdırmağa imkan verdi: “İmzalanmış üçtərəfli atəşkəs bəyanatının şərtlərinə hörmət edilir. Qeyd etmək istərdim ki, hərbçilərimiz peşəkarcasına hərəkət edir və bölgədəki sülhü qorumaq üçün hər şeyi edirlər”.

 

“Bundan əlavə, Rusiya hərbi qulluqçuları ərazini və yolları partlayıcı maddələrdən təmizləyirlər. 50 hektar ərazi və 17 kilometrdən çox yol təmizlənib, mindən çox partlayıcı maddə zərərsizləşdirilib. Laçın dəhlizi və Xankəndinə gedən magistral yolun 28 kilometr hissəsi təmizlənib. Mülki nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib”, - deyə Şoyqu əlavə edib.

Müəllif: Ayna.az