“Ermənistan danışıqlar prosesini sabotaj edəcək, şans verməyin” - <font color=red> PANKRATENKO</font>

Aktual

13.10.2020 - 13:25

Rusiyalı ekspert: “Tehran Minsk Qrupunun “heç bir şey etməmək” mövqeyini dəstəkləyir”

 

Qarabağda baş verən qarşıdurmalar hazırda dünya siyasi gündəminin ən qızğın müzakirə mövzularından biridir. Fərqli ölkələr və təşkilatlar bu vəziyyəti özünəməxsus şəkildə xarakterizə edir. İndiyə qədər bir şey aydındır - hamı atəşkəs çağırışı edir. Ancaq atəşkəs (humanitar) Rusiyanın səyi ilə əldə edildi, lakin atəşi dayandırmaq üçün yetərli olmadı.

 

AYNA-nın mövzuya dair suallarını rusiyalı politoloq, Yaxın Şərq üzrə ekspert, iranşünas İqor Pankratenko cavablandırıb.

 

- Qarabağdakı son gərginliyi necə qiymətləndirirsiniz? Və bu müharibə nə qədər həlledici olacaq?

 

- Mən çox istərdim ki, Azərbaycanın işğal olunmuş əraziləri azad etmək üçün apardığı işlər uğurla başa çatsın. Prezident Əliyev tərəfindən seçilən “ərazilər müqabilində sülh” strategiyası və “danışıqlara zorla məcburetmə” İrəvanla dialoq üçün yeganə mümkün variant kimi görünür. Əlbəttə ki, tamamilə bəşəri baxımdan, bu məcburiyyətin hərbi hissəsinin mümkün qədər tez bitməsini istərdim ki, qurbanların sayı azalsın. Ancaq digər tərəfdən, bədnam Minsk Qrupunun, təxminən otuz ildir etdiyi kimi hər şey yenidən “dondurulursa”, gələcəkdə nə qədər qurban verəcəyimizi heç kim təxmin edə bilməz.

 

Türkiyə Prezidenti Rəcəb Ərdoğan haqlıdır - hərbi qələbə olmadan heç bir danışığın mənası yoxdur. Parislə xüsusi münasibətlərinə və Moskva ilə həssas qarşılıqlı fəaliyyətinə güvənən İrəvan danışıqlar prosesini sabotaj edəcək. Ona belə bir şans verə bilməzsən, xüsusən Gəncəyə vurduğu zərbədən sonra - həm anlaşmaya, həm də Moskvaya tüpürməsindən sonra.

Сценарий армянской провокации идиотский – Панкратенко | КОНКРЕТ

- İranın bu münaqişədəki mövqeyini necə qiymətləndirərdiniz? Bu mövqe nə dərəcədə obyektivdir?

 

- Burada anlamaq lazım olan bir məsələ var. İran diplomatları üçün istənilən dərslikdə Tehranın 90-cı illərdəki Qarabağ münaqişəsində vasitəçiliyi haqqında qürurla danışılır. Məhz o zaman İranın bu münaqişə ilə bağlı mövqeyi formalaşdı:

 

Birincisi, Ermənistanın işğal etdiyi torpaqlar - ancaq “yeddi rayon”, yəni Sovet İttifaqı dövründə Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan torpaqlar - qaytarılmalıdır. Əslində, İranın nöqteyi-nəzərindən Dağlıq Qarabağ başqa bir məsələdir, məsələ daha mürəkkəbdir, həlli üçün vaxt gəlməyib, burada Tehran de-fakto heç vaxt etiraf etməməsinə baxmayaraq, Minsk Qrupu tərəfindən “heç bir şey etməmək” mövqeyini dəstəkləyir;

 

İkincisi, İran həmişə sərhədindəki - hansı tərəfdən edilməsindən asılı olmayaraq - münaqişəni sərt şəkildə həll etmək cəhdlərindən xoşlanmadığını açıq şəkildə bildirir. Onların mövqeyi belədir və onun obyektivliyini qiymətləndirmək səhv olardı, çünki bu, sadəcə faktdır. Bu yanaşmanın, fikrimcə, bir sıra səbəblərə görə və beynəlxalq vəziyyətdəki dəyişikliklərlə əlaqədar olaraq ciddi şəkildə köhnəlmiş olması və düzəldilməsinə ehtiyacı olması başqa bir məsələdir. Yanaşmanın dəyişib-dəyişməyəcəyini görəcəyik, amma indi yox. Tehran hələlik bir qədər fasilə edir və gələcəkdə baş verəcək hadisələrə müdaxilə etməkdən çəkinərək, izləmə mövqeyi tutacaq.

 

- İran rəsmilərinin bugünlərdə verdikləri açıqlamalara baxmayaraq, Prezident Ruhani rusiyalı həmkarı Putinlə telefon danışığı zamanı birmənalı olmayan açıqlamalar verdi. Onları necə qiymətləndirərdiniz? Nəyə işarə edirdi?

 

- Olduqca paradoksal bir vəziyyət formalaşır. Tehran üçün Dağlıq Qarabağ münaqişəsində onu sakitlikdən məhrum edən, necə deyərlər, “ayaqqabısının içində daş” var. İrəvanın qələbəsi, Cənubi Qafqazda NATO dövləti olan Fransanın mövqelərinin güclənməsi deməkdir. Bakının qələbəsi Türkiyənin bölgədə güclənməsidir. Hər iki vəziyyətdə də Tehranın mövqeyi zəifləyir.

 

Buna görə də indi Tehran “mümkün sərhədləri” dəqiq necə gördüyünü başqalarına çatdırmağa çalışaraq, real addımlardan “qaçmağa” çalışır. Deməli, İranın münaqişədə “üçüncü tərəflərin arzuolunmazlığı” ilə bağlı açıqlamalarında təəccüblü bir şey yoxdur. Belə açıqlama uzun müddət hakim olduğu və hələ də öz maraqlarının davam etdiyi bir bölgəni itirən ölkənin nümayəndələri üçün normal reaksiyadır.

Müəllif: Nicat Hacıyev