İran Avropa ilə danışıqları mənasız sayır

Dünya

03.07.2025 - 14:08

cedabet dərman SEO Xidməti

“Aİ və Böyük Britaniyanın gələcək danışıqlarda iştirakı bütün aktuallığını itirir və mənasız olur”

“İran Avropa ölkələri Tehrandan dinc nüvə proqramını inkişaf etdirmək üçün ayrılmaz hüququndan imtina etməyi tələb etməyə davam edərsə, onlarla danışıqları mənasız hesab edəcək”. AYNA.AZ TASS-a istinadən bildirir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Abbas Əraqçi deyib.

“Əgər Birgə Hərtərəfli Fəaliyyət Planı komissiyasının koordinatoru (Aİ diplomatiyasının rəhbəri Kaja Kallası nəzərdə tutur) əmindirsə ki, hər hansı gələcək danışıqların məqsədi İranın nüvə proqramına son qoymaqdır, onda Aİ və Böyük Britaniyanın gələcək danışıqlarda iştirakı bütün aktuallığını itirir və mənasız olur”, - deyə Əraqçi bildirib.

Nazir Kallasın İranın nüvə proqramının sonu ilə bağlı danışıqları tez bir zamanda bərpa etməyin zəruriliyi ilə bağlı bəyanatlarına cavabında vurğulayıb ki, “Kallasın bəyanatlarından belə nəticə çıxır ki, nə Fəaliyyət Planına qoşulmuş bütün ölkələrin dinc nüvə enerjisini inkişaf etdirmək hüququ ilə bağlı Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) müddəaları, nə də nüvə sazişinin özü və bununla bağlı BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi” onun üçün heç bir əhəmiyyət kəsb etmir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş