Hadisə Şahbuzkənd ərazisində yerləşən göldə qeydə alınıb
Şahbuz rayonunda bədbəxt hadisə baş verib. AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, hadisə rayonun Şahbuzkənd ərazisində yerləşən göldə qeydə alınıb.
Belə ki, kənd sakini, 1956-cı il təvəllüdlü Nəbiyeva Ətlas Əli qızı göldə boğularaq ölüb.
Hazırda faktla bağlı Şahbuz Rayon Prokurorluğunda araşdırma aparılır.