“Euractiv”: Avropa ABŞ qoşunlarının mümkün çıxarılmasından sonrasına hazırlaşmağa başlayıb
Vaşinqtonun Avropadakı NATO müttəfiqləri qitədəki Amerika qoşunlarının sayının mümkün azaldılmasından sonrakı vəziyyət üçün hazırlaşmağa başlayıblar. AYNA.AZ xəbər verir ki, bu barədə “Euractiv” diplomatik mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Avropanın NATO dairələri əmindirlər ki, ABŞ Prezidenti Donald Tramp hazırda Avropada yerləşdirilən hərbçilərin sayını 80 minə yaxın azaldacaq. Asiya və Yaxın Şərqə 10-20 min əsgərin köçürülməsi imkanları müzakirə edilir.
“Məsələ ABŞ-ın qoşunları çıxarıb-çıxarmayacağında deyil, Alyansın mövcud müdafiə planlarına xələl gətirmədən bunu nə dərəcədə yaxşı etmək olar üzərindəki düşüncələrdir”, - Alyansın diplomatlarından biri deyib.
Bundan əvvəl Almaniyanın müdafiə naziri Boris Pistorius Pentaqonun rəhbəri Pit Heqsetdən ABŞ qoşunlarının Avropadan çıxarılması üçün “yol xəritəsi” təqdim etməyi xahiş edib.