Söhbət bir saat davam edib
ABŞ və Rusiya prezidentləri arasında telefon danışığı başa çatıb. AYNA.AZ xəbər verir ki, bu barədə Prezident Vladimir Putinin köməkçisi Uşakov məlumat verib.
Söhbət bir saat davam edib. Uşakov deyib ki, Tramp və Putin bir sıra məsələlərlə yanaşı, Ukraynanı da müzakirə ediblər.
Onun sözlərinə görə, Tramp hərbi əməliyyatların tezliklə dayandırılması məsələsini yenidən gündəmə gətirib.