Kilsədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları ilə keşişlər arasında toqquşma baş verib
Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları Eçmiədzin kilsəsinin həyətinə daxil olublar. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə orada olan vəkil Miqran Poqosyan deyib.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyəgəliblər, lakin Eçmiədzin Ana Taxt-Tacının binasına daxil olmayıblar.
Onlar bu gün din xadimlərinin toplantısında iştirak edən arxiyepiskop Mikael Ajapaxyanla maraqlanıblar.
Qeyd edək ki, səhər tezdən polis Şirak yeparxiyasının rəhbərinin iqamətgahına baş çəkib, lakin həmin vaxt Mikael Ajapaxyan orada olmayıb.
Vətəndaşlar binanı mühafizə etmək üçün iqamətgahda toplaşıblar. Polis onlardan bir neçəsini saxlayıb.
Xatırladaq ki, dünən arxiyepiskop Mikael Ajapaxyana qarşı Ermənistan Respublikası Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi (hakimiyyəti ələ keçirməyə, ərazi bütövlüyünü pozmağa, suverenlikdən imtinaya və ya konstitusiya qaydalarını zorakılıqla devirməyə açıq çağırışlar, konstitusiya qaydalarını zorla devirmə, konstitusiyaya qarşı cəza nəzərdə tutulur) cinayət işi açılıb.
Bundan sonra bütün ermənilərin katolikosu II Qaregin özü təhlükəsizlik qüvvələrinin qarşısına çıxıb. Jurnalistlər ərazidən uzaqlaşdırılıb. Bundan əvvəl Eçmiədzinin polis rəisi kilsəyə gəlib.
II Qareginin ruhanilərlə toqquşmanın qarşısını almaq üçün xüsusi təyinatlıların qarşısına çıxdığını deyib. Tərəflər arasında müzakirə aparılıb.
Erməni mediası bildirir ki, kilsədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları ilə keşişlər arasında toqquşma baş verib.