400 minə yaxın şagirdi əhatə edən layihə üzrə hazırda 400 əməkdaş çalışır
2021-2022-ci tədris ilində “Məktəblinin dostu” layihəsi Bakıda 186, Abşeronda 20, Sumqayıtda 20 təhsil müəssisəsi olmaqla ümumilikdə 226 ümumi təhsil müəssisəsində fəaliyyət göstərir. Bu barədə AYNA-ya Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 400 minə yaxın şagirdi əhatə edən layihə üzrə hazırda 400 əməkdaş çalışır.