Meksikada hərbi helikopter qəzaya uğrayıb, 3 nəfər ölüb

Dünya

02.10.2022 - 00:50

Hadisə yerinə hakimiyyət nümayəndələri gəlib

Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus “Eurocopter” qəzaya uğrayıb.

AYNA xəbər verir ki, bu barədə “MILENIO” qəzeti məlumat yayıb.

 

Qəza nəticəsində 3 nəfərin həlak olduğu, daha iki nəfər isə ağır yaralandığı bildirilir.

Hadisə yerinə hakimiyyət nümayəndələri gəlib.

Meksika Hərbi Dəniz Qüvvələri hələlik hadisə ilə bağlı açıqlama verməyib.

Müəllif: Ayna.az