Meksika sahillərində 5,6 maqnitudada zəlzələ olub

Dünya

19.04.2024 - 00:34

Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib

Meksika sahillərində, Kaliforniya körfəzində 5,6 maqnitudada zəlzələ baş verib.

AYNA-nın məlumatına görə, bu barədə ABŞ-nin Geoloji Xidməti xəbər yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 14,7 min nəfər əhalisi olan Loreto şəhərindən 87 km şimal-şərqdə, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

Tələfat və ya dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Müəllif: Ayna.az