Təhlükəsizlik Şurasının sədr müavini Rusiyanı asanlıqla məhv etməyin mümkünsüz olduğunu bəyan edib
“Qərb Rusiyanı problemsiz parçalamağın mümkün olduğu fikrində yanılıb”. AYNA xəbər verir ki, bu fikri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, sabiq Prezident Dmitri Medvedev “İzvestiya” qəzetində dərc olunan məqaləsində qeyd edib.
Medvedev “dağılmış imperiya dünyanın yarısını, hətta daha çoxunu dağıntılar altında basdırır” tarixi prinsipi barədə fikir bildirib. Onun fikrincə, SSRİ-ni dağıtmağa çalışanlar, indi isə Rusiyanı məhv etməyə çalışanlar bunu başa düşmək istəmirlər.
Təhlükəsizlik Şurasının sədr müavini bildirib ki, Sovet İttifaqı kimi ölkəni asanlıqla məhv etmək mümkün deyil.
Siyasətçinin fikrincə, belə aldatmalar son dərəcə təhlükəlidir. O vurğulayıb ki, əgər nə vaxtsa Rusiyanın mövcudluğu ilə bağlı sual yaranarsa, o zaman “bu, ümumiyyətlə, Ukrayna cəbhəsində deyil, bütün bəşər sivilizasiyasının gələcək mövcudluğu məsələsi ilə birlikdə həll olunacaq”.
“Və burada heç bir qeyri-müəyyənlik olmamalıdır. Bizə Rusiyasız dünya lazım deyil”, - deyə Medvedev məqaləsini yekunlaşdırıb.