Masallıda ev yanıb, sakinlər təxliyə olunub

Hadisə

18.01.2024 - 23:16

Yanğında ev yaşayış üçün yararsız hala düşüb

Masallıda ev yanıb, sakinlər təxliyə olunub. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə şəhər ərazisində, 1986-cı il təvəllüdlü Maya Məhəmməd qızı Ağayevaya məxsus evdə baş verib.

Odun sobasının səbəb olduğu yanğında ev yaşayış üçün yararsız hala düşüb.

Qeyd edək ki, evdə yaşayan ana və üç azyaşlı uşaq qohumlarının evində yerləşdiriliblər.

Müəllif: Ayna.az