MAQATE Zaporojye AES-dəki təhlükəsizliyi qiymətləndirib

Dünya

29.03.2024 - 11:25

Ekspertlər AES-də son yoxlamalar zamanı heç bir problem aşkar etməyiblər

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) ekspertləri Zaporojye Atom Elektrik Stansiyasında (AES) vəziyyəti qiymətləndirib və stansiyanın son yoxlamaları zamanı nüvə təhlükəsizliyi ilə bağlı heç bir problem aşkar etməyiblər. AYNA bu barədə TASS-a istinadən bildirir.

“MAQATE ekspertləri nüvə təhlükəsizliyi ilə bağlı hər hansı problem aşkar etməyiblər”, - hesabatda deyilir.

Mütəxəssislərin fikrincə, son bir həftə ərzində maye sızmasının izlərinə rast gəlinməyib.

Bununla belə, qeyd edilib ki, bu həftə AES-dən müxtəlif məsafələrdə hər gün partlayış səsləri eşidilib. Stansiyada da hava hücumu siqnalı verilib.

Müəllif: Ayna.az