Mançesterdə iki avtobusun toqquşması nəticəsində 17 nəfər xəsarət alıb

Dünya

09.11.2024 - 22:29

Həkimlər Klinikalar SEO Xidməti

İngiltərənin Mançester şəhərində iki ikimərtəbəli avtobusun toqquşması nəticəsində 17 nəfər xəstəxanaya yerləşdirilib.

AYNA xəbər verir ki, hadisə şəhər mərkəzinin kənarında, Roşdeyl və Livesi küçələrinin kəsişməsində baş verib.

Hadisə yerinə doqquz təcili yardım maşını, bir hava təcili yardımı cəlb edilib. Şimal-qərb təcili tibbi yardım xidməti bildirib ki, yaralılar Mançester ətrafındakı xəstəxanalara çatdırılıb və onların heç birinin vəziyyəti ağır deyil.

Müəllif: Ayna.az