Manatın məzənnəsi dəyişməyəcək – RƏSMİ

İqtisadiyyat

03.11.2022 - 15:29

Həkimlər Klinikalar SEO Xidməti

Nazir: “Azərbaycan manatının məzənnəsinin sabit qalması üçün çalışırıq”

Azərbaycan manatının məzənnəsinin sabit qalması üçün çalışırıq. AYNA “Modern.az”a istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxış edən nazir Samir Şərifov bildirib.

“Biz Maliyyə Nazirliyi olaraq Azərbaycan Mərkəzi Bankı ilə birgə işlər görürük və sabitlik mövzusunda maraqlıyıq”, - nazir deyib.

Samir Şərifov həmçinin ölkənin xarici borclarına da toxunub: “Biz bu sahədə işlər görürük. Xarici borclarda sabitlik yaradırıq. Bunun səbəbi xərclərin artmaması üçündür”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş