Lavrov: "Moskvanın səbri sona çatdı"

Dünya

14.01.2022 - 16:11

Həkimlər Klinikalar SEO Xidməti

"İndi NATO və ABŞ-ın cavab addımları atmasının vaxtıdır"

"Qərbin Rusiyanın təhlükəsizliyini təhdid edən və təhlükəsizlik müqavilələrinin imzalanmasını təşviq etməyən hərəkətləri səbəbindən Moskvanın səbri tükənib". 

AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. 

Nazir qeyd edib ki, Moskva indi Vaşinqton və Brüssel nümayəndələrindən cavab gözləyir: "Bizim səbrimiz sona çatdı. İndi NATO və ABŞ-ın cavab addımları atmasının vaxtıdır".

Qeyd edək ki, yanvarın 12-də Brüsseldə Rusiya-NATO Şurasının iclası keçirilib. Görüş Rusiya və ABŞ arasında təhlükəsizlik zəmanətləri üzrə danışıqlardan sonra baş tutub. Danışıqlarda tərəflər Moskvanın təklif etdiyi təhlükəsizlik zəmanətləri ilə bağlı ABŞ və NATO ilə saziş layihələrinə toxunublar. Moskva xüsusilə Qərb tərəfdaşlarından NATO-nun şərqə doğru daha da genişlənməsindən, Ukrayna blokuna qoşulmaqdan və postsovet ölkələrində hərbi bazaların yaradılmasından imtina etmək üçün hüquqi təminat tələb edir.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş