Peskov: “Ukraynanı ağır tanklarla təmin etmək qərarının nəticələri mənfi olacaq”
“Əgər Qərb müdafiə nazirlərinin Almaniyadakı Amerika Ramşteyn aviabazasında keçirilən görüşündə onlar Ukraynaya ağır tankların çatdırılması ilə bağlı razılığa gəlsələr, bu, Ukrayna üçün acınacaqlı nəticələrə gətirib çıxaracaq”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov xəbərdarlığında bildirib: “Ukraynanı ağır tanklarla təmin etmək qərarının nəticələri mənfi olacaq”.