Kremldən sülhməramlı məsələsinə münasibət

Aktual

15.10.2020 - 15:48

Peskov: “Qarabağda sülhməramlıların yerləşdirilməsi yalnız Azərbaycanın və Ermənistanın razılığı ilə mümkündür”

 

“Qarabağda sülhməramlıların yerləşdirilməsi yalnız Azərbaycanın və Ermənistanın razılığı ilə mümkündür”. AYNA “RİA Novosti”yə istinadən bildirir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

 

Peskov qeyd edib ki, burada əsas sual, qarşı tərəflərin, yəni, Azərbaycan və Ermənistanın buna hazır olub-olmamasıdır: “Hər hansı bir sülhməramlı, müşahidəçi, kim olursa olsun, yalnız hər iki tərəfin razılığı ilə mümkündür”.

 

“Rusiya sülhməramlı qüvvələrini Dağlıq Qarabağa göndərməyə hazır olduğunu deyib. Amma indiyə qədər buna rəsmi Bakı və İrəvandan cavab gəlməyib”, - deyə Peskov vurğulayıb.

Müəllif: Ayna.az