Volodin: “Sülhməramlılarımızın çətin missiyası var”

Aktual

10.11.2020 - 14:54

“Rusiya sülhməramlıları Qarabağda qan tökülməsinə son qoyacaq”

 

“Dağlıq Qarabağda atəşkəs və Rusiya sülhməramlılarının orada yerləşdirilməsi, qan tökülməsinə son qoyacaq”. AYNA xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.

 

“Prezidentimizin verdiyi qərarlar qan tökülməsini dayandırmağa və insanların həyatını xilas etməyə, Rusiya ilə həmsərhəd ərazilərdə sülhü bərpa etməyə imkan verəcək. Sülhməramlılarımızın bölgədə sülhü təmin etmək üçün çətin bir missiyası var”, - deyə Volodin qeyd edib.

 

Xatırladaq ki, dünən Rusiya, Azərbaycan və Ermənistan liderləri Qarabağda müharibənin dayandırılması haqqında bəyanat imzalayıblar. Bəyanatın mətnində Azərbaycan ərazilərinin qaytarılması, Xankəndi ilə Ermənistan ərazisini birləşdirən dəhlizin verilməsi və bölgəyə Rusiya sülhməramlılarının yerləşdirilməsi öz əksini tapıb.

Müəllif: Ayna.az