Peskov: “Bu, ölkəmiz üçün, ölkəmizin təhlükəsizliyi üçün ciddi, əhəmiyyətli təhlükə yaradacaq"
“Ukraynanın NATO-ya qəbulu Rusiya üçün yeni əhəmiyyətli təhlükə yaradacaq”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Əlbəttə, çünki bu, ölkəmiz üçün, ölkəmizin təhlükəsizliyi üçün ciddi, əhəmiyyətli təhlükə yaradacaq", - deyə Rusiya liderinin mətbuat katibi Ukraynanın NATO-da iştirakına mane olmağın hələ də Moskvanın məqsədlərindən biri olub-olmadığı sualına cavab verərkən deyib.
Qeyd edək ki, bu gün NATO-nun baş katibi Yens Stoltenberq Kiyevə gözlənilməz səfər edib.
Daha əvvəl “Financial Times” mənbələrinə istinadən yazıb ki, ABŞ, Almaniya və Macarıstan Polşa və Baltikyanı ölkələrin Ukraynanın NATO-ya daxil olması ilə bağlı təkliflərinə qarşı çıxıblar.
Çexiya Prezidenti Petr Pavel bildirib ki, Şimali Atlantika Alyansı yalnız Ukrayna münaqişəsi başa çatdıqdan sonra Ukraynanın bu bloka qoşulması imkanlarını nəzərdən keçirə biləcək.
Avropa Komissiyasının keçmiş rəhbəri Jan-Klod Yunker də Ukraynanın tezliklə Avropa İttifaqına qəbul olunmayacağı ilə bağlı fikirlərini bildirib.