Peskov: “Kremldə Türkiyənin danışıqların təşkilini təklif etdiyi barədə məlumat yoxdur”
“Kremldə Türkiyənin Rusiya ilə ABŞ, Almaniya, Fransa və İngiltərə arasında danışıqların təşkilini təklif etdiyi barədə məlumat yoxdur”. AYNA “İnterfaks”a istinadən bildirir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.
Peskov Türkiyədən belə bir təklifin olub-olmaması ilə bağlı suala belə cavab verib: “Hələ ki, yox”.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyə və Aİ-nin müştərək parlament komitəsinin sədri İsmayıl Emrah Karayel Rusiya, ABŞ, Almaniya, İngiltərə və Fransa arasında danışıqların İstanbulda keçirilə biləcəyini demişdi.
Sentyabrın 30-da Rusiya lideri Ukrayna hakimiyyətini dərhal atəşi və bütün hərbi əməliyyatları dayandırmağa, danışıqlar masasına qayıtmağa çağırış edib. Ukrayna Prezidenti Volodimir Zelenski isə bildirib ki, Kiyev Moskva ilə danışıqlara hazırdır, lakin Rusiyada başqa prezident olarsa.