Prokurorluq orqanlarına müraciətlər poçt, teleqraf, faksimil rabitə və ya elektron poçt vasitəsi ilə göndərilməsi mümkündür
Yeni texnologiyaların yaratdığı imkanlardan istifadə edərək Baş Prokurorluğun veb səhifəsindən istifadə edərək prokurorluq orqanlarının hər bir idarəsi üzrə təklif, şikayət və ərizə göndərmək mümkündür. Müraciətlər bu linkdən istifadə edərək göndərilməlidir: https://genprosecutor.gov.az/az/page/elaqe/muracietler/mektub-yazmaq.
Daxil olduqda birinci müraciətin növünü qeyd etmək lazımdır. Qeyd etdiyimiz kimi təklif, şikayət və ya ərizə ola bilər. Sonra müraciət edən şəxsin kimliyini təsdiq etmək lazımdır. Bunu şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini qeyd edərək və ya “ASAN imza” ilə daxil olmaq ilə edə bilərik. Növbəti xanalarda “Yaşayış ünvanı”, “Elektron poçt”, “Əlaqə nömrəsi” və “Ad, soyadı” qeyd etmək lazımdır. Qeyd olunan xanaları doldurduqdan sonra aşağıda “Davam Et” xanası aktivləşir.
Yeni acılan xanada müraciəti Azərbaycan Respublikası prokurorluğu orqanlarının hansı idarəsinə ünvanladığımızı seçməliyik. Sonda müraciətin mətnini yazmalıyıq. Müraciət mətni Azərbaycan dilində yazılmalıdır və müraciət etdiyiniz mövzunu tam əhatə etməlidir.
Müraciətin göndərilməsində sonuncu atdım sonda “Mən Robot deyiləm” xanasını işarələyərək Göndər düyməsini basmalıyıq.
Qeyd etdiyiniz məlumatlarda əsasən şəxsiyyətinizi təsdiq edən məlumatlarda səhvlər yoxdursa sizin müraciət qəbul olanaraq qeydiyyata alınacaq. Qeyd edək ki, anonim müraciətlər qəbul olunmur.
Poçt vasitəsi ilə müraciətlər bu ünvana göndərilməlidir: AZ1001, Nigar Rəfibəyli küç. 7 , Bakı.
Əlavə olaraq Azərbaycan Respublikası Baş Prokurorluğu prokurorluğun fəaliyyət istiqamətləri üzrə, eləcə də prokurorluq işçilərinin qanunsuz hərəkətləri, ibtidai araşdırma və əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi zamanı yol verilən pozuntularla üzləşən vətəndaşlara 961 nömrəli “Çağrı Mərkəzi”nə, korrupsiya hüquqpozmaları ilə üzləşən vətəndaşlara isə 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə məlumat verilə bilər. Zənglər pulsuzdur.
Qaynar xətlər istirahət və bayram günləri də daxil olmaqla, günün 24 saatı ərzində fəaliyyət göstərir.
Daxil olan məlumat və müraciətlər zəruri tədbirlərin görülməsi məqsədilə dərhal Baş Prokurorluğun əlaqədar idarə və şöbələrinə çatdırılır.
Korrupsiya və Rüşvətxorluqla bağlı 161 qısa nömrəsi vətəndaşların istifadəsindədir. Bu nömrəyə zəng vuraraq müraciət etmək mümkündür.
Prokurorluğun səlahiyyətli struktur bölməsi korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatı qəbul etdikdən sonra qeydə almalı və məlumatın qeydə alınmasını məlumatı verən şəxsə bildirməlidir.
Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat qeydə alındığı gündən 20 iş günü müddətində məlumatı araşdırmalı və araşdırmanın nəticəsini məlumat verən şəxsə bildirməlidir. Araşdırma “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə baxılması xüsusiyyətlərinə uyğun aparılır.
Qeyd: Bu məqalə “Tolerantlıq” Sosial Araşdırmalar İB Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Aktiv Gənclər Təşəbbüsü” layihəsi çərçivəsində dərc edilir.