ADAU-da oğurluq etmiş tələbələr saxlanılıb

Xəbərlər

29.10.2019 - 11:19

Araşdırmalar zamanı məlum olub ki, mərkəzdən 15 ədəd dizüstü kompüter və bir ədəd  “WiFi” cihazı oğurlanıb

 

Oktyabrın 23-nə keçən gecə Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq Təbabəti və Zoomühəndislik fakültəsinin “Süni mayalanma” tədris mərkəzində  oğurluq hadisəsinin baş verməsi ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə məlumat daxil olub.

 

AYNA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, mərkəzdən 15 ədəd dizüstü kompüter və bir ədəd  “WiFi” cihazı oğurlanıb. 

 

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmin universitetin tələbələri  X.Əhmədov, İ.Məmmədov və Y.Nəcəfov saxlanılaraq maddi sübutlarla birgə istintaqa təhvil verilib. 

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə