Nazirlər Kabinetinin strukturu təsdiqlənib, yeniliklər var

Xəbərlər

02.12.2019 - 17:56

Baş Nazirin birinci müavininin xidməti, Baş Nazirin müavinlərinin xidmətləri, Aparat rəhbərinin xidməti yaradılıb

 

Nazirlər Kabinetində (NK) struktur dəyişikliyi olub. AYNA NK-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Nazirlər Kabineti Aparatının yeni strukturu təsdiqlənib.

 

Dəyişikliklərdən sonra NK-da Baş Nazirin birinci müavininin xidməti, Baş Nazirin müavinlərinin xidmətləri, Aparat rəhbərinin xidməti yaradılıb.

 

Bundan başqa, iqtisadiyyat, xarici iqtisadi əlaqələr, beynəlxalq əməkdaşlıq şöbələri təsis olunub.

 

Hüquq şöbəsi ləğv edilərək onun yerində Hüquq və qanunvericilik şöbəsi yaradılıb. Həmçinin Humanitar və Sosial məsələlər şöbəsi iki ayrı şöbəyə ayrılaraq onun yerində Sosial məsələlər və Humanitar məsələlər şöbələri təsis olunub.

 

NK-nın Beynəlxalq əlaqələr şöbəsinin adı dəyişdirilərək Beynəlxalq əməkdaşlıq şöbəsi adlandırılıb.

 

NK-nın Regionların inkişafı, Kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsi də ləğv olunub. Onun yerində Aqrar və ekologiya şöbəsi və Regionların inkişafı şöbəsi təsis edilib.

 

Sənaye və energetika məsələləri şöbəsinin adı dəyişdirilərək Sənaye və energetika şöbəsi adlandırılıb.

 

NK-nın Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsi də ləğv olunub. Onun yerində isə Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsi təsis edilib.

 

Kabinetin Təhlükəsizlik və müdafiə şöbəsinin adı da dəyişdirilib və əvəzinə Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsi yaradılıb.

 

Eyni zamanda Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi də ləğv olunub. Bunun əvəzinə yeni Ümumi şöbə təsis edilib.

 

Hazırda yeni struktur aşağıdakı kimidir:

 

Azərbaycan Respublikası Baş Nazirin Katibliyi;

 

Azərbaycan Respublikası Baş Nazirin birinci müavininin xidməti;

 

Azərbaycan Respublikası Baş Nazirin müavinlərinin xidmətləri;

 

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbərinin xidməti;

 

İqtisadiyyat şöbəsi;

 

Xarici iqtisadi əlaqələr şöbəsi;

 

Beynəlxalq əməkdaşlıq şöbəsi;

 

Hüquq və qanunvericilik şöbəsi;

 

Sosial məsələlər şöbəsi;

 

Humanitar məsələlər şöbəsi;

 

Sənaye və energetika şöbəsi;

 

Aqrar və ekologiya şöbəsi;

 

Regionların inkişafı şöbəsi;

 

Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsi;

 

Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsi;

 

Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsi;

 

Ümumi şöbə;

 

Mətbuat xidməti;

 

İşlər İdarəsi.

Müəllif: Ayna.az