Kolumbiyada yol sürüşməsi olub, ölənlər var

Dünya

06.12.2022 - 00:51

Yerindən çıxan daş parçaları avtobusa və bir neçə avtomobilə dəyib

Kolumbiyanın qərbində Risaralda departamentində yol sürüşməsi nəticəsində avtobus aşıb, azı 27 nəfər həlak olub.

AYNA xəbər verir ki, bu məlumatı Cənubi Amerika ştatının rəhbəri Qustavo Petro "Twitter"də dərc edib.

Qeyd edək ki, yağışlar nəticəsində yerindən çıxan daş parçaları avtobusa və bir neçə avtomobilə dəyib. Dağıntılar altında qalan avtobus və digər nəqliyyat vasitələrində olan insanların dəqiq sayı məlum deyil.

Hadisə yerində xilasetmə əməliyyatı davam edir.

Müəllif: Ayna.az